İnter Çezenanın hücumçusuna təklif göndərdi
24 yanvar 2015 11:00
Bakı "İnter"i İtaliyanın "Çezena" klubunun forvardı Milan Curiçin xidmətində maraqlıdır. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq sözügedən oyunçuya təklif də göndərib.
Amma İtaliya klubu futbolçusunu satmağa tələsmir. İtaliya mətbuatının yaydığı məlumata görə, sərfəli maliyyə şərtləri olsa, Curiçin Azərbaycan Premyer Liqasında oynaması mümkündür.