Simurq Ukrayna klubuna qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "Simurq" bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Georgi Çixradzenin komandası son sınağında Ukraynanın "Volın" klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, bu komanda bir neçə gün öncə "Neftçi" ilə də qarşılaşmışdı və həmin oyundan 3:4 hesablı məğlubiyyətlə ayrılmışdı. "Simurq" da "Volın"a qalib gəlib.
"Simurq" isə bundan əvvəlki yoxlama oyunlarını Qazaxıstanın "Şaxtyor" (3:1) və "İrtış" (0:3), Almaniyanın "Duysburq" (1:4) və Rumıniaynın "Astra" klubuna (0:0) qarşı keçirib.
Yoxlama oyunu
24 yanvar
"Simurq" - "Volın" - 2:0 (1:0)
Qollar: Rəşad Eyyubov, 18 (1:0). Nicat Muxtarov, 85 (2:0).
"Simurq"un heyəti: Pavel Kapsa, İlkin Qırtımov, Tural Axundov, İdan Vaytsman (Banaş Adam, 46), Melli, Samir Zərgərov, Rəşad Əyyubov, Vadim Abdullayev (Vüqar Mustafayev, 46), Marko Stanoyeviç, Patrik Osiako, Draqan Çeran.