Qarabağ günü iki məşqlə başa vurdu
23 yanvar 2015 23:00
Türkiyədə təlim-məşq toplanışında olan "Qararabağ" məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan komandanın proqramında bu gün 2 məşq vardı.
Ağdam təmsilçisi səhər məşqinə ənənəvi vaxtında yollanıb. Daha çox fiziki yükləmələrlə yadda qalan məşq 90 dəqiqə davam edib. Komandanın 2-ci məşqi yerli vaxtla 17:00-da (Bakı vaxtıyla 19:00) baş tutub.
Qeyd edək ki, "Qarabağ" sabah növbəti yoxlama oyununa çıxacaq. Rəqib Bolqarıstam təmsilçisi "Levski" olacaq. Oyun Bakı vaxtıyla 19:30-da start götürəcək. (klub saytı)