Neftçi Mirça Rednikin komandasına qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Arif Əsədovun komandası Antalyada Rumıniyanın "Petrolul" klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Maraq üçün bildirək ki, "Petrolul"u hazırda "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik çalışdırır. Bu komanda ilə görüş "ağ-qaralar"ın minimal hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Neftçi" bundan öncə Səudiyyə Ərəbistanının "Hajer" (3:1), Türkiyənin "Kayseri Ərciyəsspor" (0:0) və "Elazığspor" (0:1), eləcə də Ukraynanın "Volın" klubları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
23 yanvar
"Neftçi" - "Petrolul" - 1:0 (1:0)
Qol: D.Silva, 36 (1:0)
"Neftçi"nin start heyəti: Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Məqsəd İsayev, Denis Silva, Erik Silva, Mirhüseyn Seyidov, Araz Abdullayev, Julius Vobay, Elşən Abdullayev, Rauf Əliyev.