Qarabağ İsveçrə klubu ilə sülh bağladı
21 yanvar 2015 21:18
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu İsveçrənin "Sürix" komandası ilə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşma sülhlə bitib.
Qeyd edək ki, Qurban Qurbanovun komandası bundan əvvəlki yoxlama oyununda Xorvatiya "Split"inə 1:3 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
21 yanvar
"Qarabağ" - "Sürix" - 1:1
Qol: Reynaldo, 81-pen. (1:1).
"Qarabağ"ın start heyəti: İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Vüqar Nadirov, Muarem Muarem, Cavid Tağıyev.