Yığmamıza daha 2 futbolçu dəvət olundu
23 dekabr 2014 00:00
Dekabrın 24-dən 31-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha 2 futbolçu çağırılıb. Azerisport.az xəbər verir ki, “Bakı” klubundan Umar Akmurzayev və Rusiyanın “Tosno” klubundan Ceyhun Quliyev millimizə dəvət olunub. (AFFA)