AFFA Klublar Komitəsinin növbəti iclası keçirildi
22 dekabr 2014 23:30
Bu gün "Four Seasons" otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasın gündəliyinə daxil edilmiş məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, növbəti iclasda müzakirə ediləcək məsələlər müəyyənləşdirilib.
Topaz Premyer Liqasının 18-ci turunun “Simurq” – “Bakı” oyununun hava şəraiti ilə bağlı bu günə keçirilməsi ilə əlaqədar hər iki klubun nümayəndəsi, həmçinin “Qarabağ” klubunun təmsilçisi üzürlü səbəbdən iclasda iştirak etməyib. (AFFA)