Maksim Medvedev: Penalti epizodunu çıxmaq şərtilə, rəqibə şans vermədik
22 dekabr 2014 12:30
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı oyun oldu. Maksimum yaxşı oynamağa çalışdıq. Qələbə qazanmağımız lazım idi. Fikrimcə, yaxşı oyun sərgilədik və lazım olan xalları layiqli şəkildə qazandıq. Penalti epizodunu saymasaq, rəqibə heç bir şans vermədik".