Rəşad Sadıqov: 2014-cü ili həm Qarabağ, həm də özüm üçün uğurlu hesab edirəm
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son aylarda gərgin qrafiklə oynayırdıq. Ona görə də hazırda yorğun olduğumuzu hiss edirik. "Sumqayıt"la son oyunda qələbə qazanmaq istəyirdik və buna da nail olduq. Qış fasiləsinə lider kimi yollanmaq xoşdur, amma arxayınlaşmaq olmaz. Düzünü deyim ki, qış fasiləsinə ən yaxın rəqibimizdən 5 xal öndə yollanacağımızı gözləmirdim. Bu ili həm komandam, həm də özüm üçün uğurlu hesab edirəm. Növbəti ili daha uğurlu keçirməyə çalışacağam. İlin ən yaxşı futbolçusu? Unutmaq lazım deyil ki, biz yığma komandada uğursuz çıxış etmişik. "Qarabağ"ın heyətində isə ən yaxşıların Qara Qarayevlə Bədavi Hüseynov olduğunu düşünürəm".