Dodo: Qələbəyə yaxın idik
22 dekabr 2014 00:05
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyun alındı. Biz qələbəyə yaxın idik. Son dəqiqələrdəki qol şansından yararlana bilsəydim, indi 3 xalı bayram edəcəkdik. Çox təəssüf ki, onu dəyərləndirə bilmədim. Amma futbolda belə hallar olur".