Fariz Nəcəfovdan Kamran Ağayevə tənqid
21 dekabr 2014 18:50
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilmiş "İnter"lə oyunda qapıçı Kamran Ağayevlə azarkeşlər arasında yaranan qalmaqala münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azarkeşlərlə mübahisə etmək idmançının qeyri-peşəkarlığıdır. Mən ona nə deyildiyini bilmirəm. Sizcə, Kamranın hərəkətinə kim haqq qazandıra bilər? Onunla söhbət edəcəyəm. İstənilən halda, belə bir hərəkət qəbulolunmazdır. Özü də bizim klubda".