Fariz Nəcəfov: Qriqorçuk Syomindən sonra ilk adamdır ki, bu qədər güvənirik
21 dekabr 2014 18:00
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Roman Qriqorçukun baş məşqçi postuna təyinatından danışıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan təqdimat mərasimində bunları söyləyib:
"Yayda biz Qriqorçuka yaxşı təklif göndərmişdik. Amma o, bu təklifi qəbul etmədi. Çünki komandasını atıb bura gəlmək istəmədi. "Çernomorets"i yarıyolda qoymaq istəmirdi. Bu, bizim xoşumuza gəldi. Yuri Syomindən sonra ilk adamdı ki, ona bu qədər güvənirik".