Simurq - Bakı oyunu sabah keçiriləcək
21 dekabr 2014 17:35
Topaz Premyer Liqasının 18-ci turunun “Simurq” – “Bakı” oyunu sabah keçiriləcək. Azerisport.az xəbər verir ki, bu gün saat 17:00-da başlanmalı olan görüş əlverişsiz hava şəraitinə görə, yarışların əsasnaməsinə uyğun olaraq, bir gün sonraya təxirə salınıb.
Oyunun start fiti sabah saat 12:00-da veriləcək.