Vladimir Levin: Qəbələnin Qriqorçukla uğur qazanacağına inanırıq
21 dekabr 2014 12:30
"Qəbələ"nin müdafiəçisi Vladimir Levin Roman Qriqorçukun baş məşqçi postuna gətirilməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qriqorçuk haqda az məlumatım yoxdur. Ona ümidim var. Həm də tək mən yox. Futbolçular inanırlar ki, o, "Qəbələ"də uğura imza ata biləcək. Əfsuslar olsun ki, mən hələ də zədəmin sağalması ilə məşğulam. Yalnız sağaldıqdans onra heyətə düşmək üçün mübarizə aparacağam".