Mehdiyevsiz Girəsunspordan heç-heçə
21 dekabr 2014 00:10
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası - "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Şanlıurfaspor"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Ayazın adı bu görüşün də iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Girəsunspor" hazırda 17 xalla 10-cu yerdə qərarlaşıb.