Neftçi Türkiyədə 6 yoxlama matçı keçirəcək
20 dekabr 2014 21:00
"Neftçi”nin qış fasiləsi zamanı keçirəcəyi təlim-məşq toplanışının planı müəyyənləşib. Azerisport.az xəbər verir ki, yanvarın 6-da Bakıda bir araya gələcək komanda hazırlığı ayın 11-dək burada davam etdirəcək.
Yanvarın 11-də isə “Neftçi” təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 24-də başa çatacaq Antalya toplanışı zamanı "ağ-qaralar" 6 yoxlama oyunu keçirməyi planlaşdırır. (klub saytı)