Raul Kostin: Azərbaycanda mənə çox çətin idi
20 dekabr 2014 15:26
"Simurq"un sabiq futbolçusu Raul Kostin Azərbaycandakı çıxışından danışıb. Azerisport.az xəbər verir ki, hazırda Kluj "Universitatya"sında çıxış edən futbolçu Rumıniya mətbuatına açıqlamasında bunları söyləyib:
"Bu il mənim üçün yaxşı alındı. Yenidən Rumıniyaya qayıtdım. Azərbaycanda mənə çox çətin idi. Ona görə də "Universitatya" variantını seçdiyimə görə çox şadam. Burada gözəl insanlar və səviyyəli futbolçularla tanış oldum".