Ramaldanov: Biz hücum etdik, qolları Qarabağ vurdu
20 dekabr 2014 15:08
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş "Qarabağ"la oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a qarşı oynamağın çətin olacağını bilirdik. Artıq bu oyun geridə qalıb. Bütövlükdə götürsək, son matçda pis oynamadıq. Sadəcə, qələbə qazana bilmədik. Deməzdim ki, rəqibin təzyiqinə davam gətirməyi bacarmadıq. Bizim sadəcə, bəxtimiz gətirmədi. Qolu da bəxtsizlikdən buraxdıq. Biz hücum etdik, qolları isə "Qarabağ" vurdu".