Sənan Qurbanov: Roman Qriqorçukun Qəbələni bu dərəcədə öyrəndiyini bilmirdim
20 dekabr 2014 13:15
"Qəbələ"nin baş məşqçi funksiyalarını yerinə yetirən Sənan Qurbanov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son turlar gərgin qrafiklə oynamaq məcburiyyətindəqalmışıq. Komandanı mümkün qədər tez bərpa etməyə çalışırıq. Komandada atmosfer yaxşıdır. Uşaqları qələbəyə kökləmək istəyirik. Liderlərlə aradakı xal fərqini azaltmaq əsas istəyimizdir. Bizi ciddi rəqiblə duel gözləyir. Komandaya bu oyunda da mən rəhbərlik edəcəyəm. Amma yeni baş məşqçi Roman Qriqorçukla da məsləhətləşirəm. Ukraynalı mütəxəssis komandanı pis tanımır. Əvvəlki oyunlarımıza baxıb. Mən heç onun komandanı bu qədər öyrəndiyini bilmirdim".