Xəzər Lənkərandan ayrılan futbolçu Levskiyə keçir
20 dekabr 2014 13:00
"Xəzər Lənkəran"dan qaçan Qalin İvanov Bolqarıstanın "Levski" klubuna keçməyə yaxındır. Azerisport.az xəbər verir ki, sözügedən futbolçu hazırda vətənindədir.
Eyni zamanda İvanovun keçmiş klubu "Slaviya"ya qayıtması da istisna olunmur.
Xatırladaq ki, bolqarıstanlı futbolçu "Xəzər Lənkəran"dan məşqçilər korpusu ilə arasındakı fikir ayrılığı səbəbindən qaçıb.