Rinat Bilyaletdinov: Abışov ağıllı futbolçudur, amma sürətli futbol üçün deyil
Rusiyanın "Rubin" klubunun baş məşqçisi Rinat Bilyaletdinov müqavilə ilə Kazan təmsilçisinə məxsus olan, hazırda icarə əsasında "Qəbələ"də çıxış edən Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovdan danışıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Mən Abışova qarşı heç bir ədalətsizlik etməmişəm. "Rubin"də ikili standarta yer yoxdur. Komandanın hər bir üzvünə olan tələb eynidir. Kim bu tələblərə daha yaxşı cavab verirsə, o da oynayır. Hər şey bu qədər sadədir. Abışov ağıllı futbolçudur. Topu qəbul etməyə, onu cinahdan cinaha daşımağa qadirdir. Amma o, yalnız sürəti az olan futbol üçün yaxşıdır. Oyunda sürət artan kimi, ona oynamaq çox çətin olur. Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqtsla şəxsi söhbətimizdə o da bunu təsdiqləmişdi. Obyektiv olsaq, Abışova toxunmamaq daha yaxşı olardı. Yaxşı azərbaycanlı futbolçu olsa, onu məmnuniyyətlə komandama götürərəm. Məsələn, "Zenit"də oynayan Ramil Şeydayevi. Amma onu kimdir bizə verən..".