İnter Türkiyəyə ilk matçını yanvarın 6-da keçirəcək
19 dekabr 2014 16:45
"İnter" futbol komandasının qış təlim-məşq toplanışı məlum olub. Azerisport.az xəbər verir ki, dekabrın 21-də "Qəbələ" ilə görüşdən sonra futbolçular istirahətə göndəriləcəklər.
Yanvarın ayının 2-də komanda üzvləri Türkiyənin Antalya mahalında toplaşacaqlar. Məşq prosesi yanvarın 3-də başlayacaq. İlk yoxlama görüşünün yanvarın 6-da keçirilməsi gözlənilir. Digər yoxlama oyunları barədə məlumat veriləcək. Komanda yanvarın 24-də vətənə qayıdacaq.
Qeyd edək ki, "İnter" Antalyada "Kaya Palazzo" otelində məskunlaşacaq.