Dodo: Simulyasiyanı heç vaxt sevməmişəm
19 dekabr 2014 14:45
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirilmiş oyunda ona qarşı qayda pozuntusuna görə təyin olunmuş penaltidən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əgər buna görə də penalti təyin olunmayacaqsa, onda nəyə görə verilməlidir? Mənim ayağıma zərbə endirdilər. Hakim də düzgün qərar qəbul etdi. Mən heç vaxt simulyasiyanı sevməmişəm".