Yığmamızın toplanışının vaxtı müəyyənləşdi
19 dekabr 2014 14:35
Futbol üzrə Azərbaycan yığmasının 2015-ci ildə və Robert Prosineçkinin rəhbərliyi altında ilk toplanışının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimizin hazırlığı fevralın 21-dən 26-dək Antalyada baş tutacaq.
Bu müddət ərzində yığmamızın bir yoxlama oyunu keçirməsi də planlaşdırılır.