Avropa Liqasının feysbuk səhifəsi Azərbaycan üçün bağlandı
19 dekabr 2014 14:05
UEFA Avropa Liqasının "Feysbuk"dakı rəsmi səhifəsi azərbaycanlı istifadəçilər üçün deaktiv edilib. Azerisport.az xəbər verir ki, artıq ölkəmizdə həmin səhifəyə nə girmək, nə də bu səhifədəki xəbərlərə şərh yazmaq mümkündür.
Böyük ehtimalla bu, İtaliya "İnter"i ilə başıbəlalı oyundan sonra həmyerlilərimizin "Qarabağ"ın haqqının tapdalanmasına etirazların qarşısını almaq üçün atılan addımdır.