Qarabağ Bolqarıstan klubu ilə qarşılaşacaq
19 dekabr 2014 11:25
Azərbaycan çempionu "Qarabağ"ın Türkiyədə keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Bolqarıstanın "Çerno more" klubudur.
Bu barədə sözügedən komandanın baş məşqçisi Nikola Spasov məlumat verib. Lakin qarşılaşmanın dəqiq hansı tarixdə keçiriləcəyi bəlli deyil.