Vyekoslav Tomiç: Qarabağa qalib gəlməyə layiq idik
19 dekabr 2014 01:15
"Xəzər Lənkəran"ın qapıçısı Vyekoslav Tomiç Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyundan qələbə ilə ayrıla bilərdik. Amma qol şanslarından yaxşı yararlana bilmədik. Halbuki, qələbəyə layiq idik. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir".