Leroy Corc: Artıq Avroliqanı unutmuşuq
18 dekabr 2014 20:15
"Qarabağ"ın futbolçusu Leroy Corc Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Biz hələ oyundan öncə də bilirdik ki, "Xəzər Lənkəran"la görüş çox çətin olacaq. Rəqib çox yaxşı oynadı. Amma biz sonadək mübarizə apardıq və qələbə qazandıq. Artıq Avropa Liqasını unutmuşuq. Bütün diqqətimiz çempionata yönəlib".