Neftçinin azarkeşləri Arif Əsədovun istefasını tələb etdi
18 dekabr 2014 19:10
Topaz Premyer Liqasının 17-ci turunda prinsipial rəqibi "İnter"ə məğlubiyyət (1:2) "Neftçi" azarkeşlərinin narazılığına səbəb olub. Azerisport.az xəbər verir ki, paytaxt klubunun azarkeşləri derbinin son dəqiqələrində baş məşqçi Arif Əsədovu istefaya səsləyiblər.