Qriqorçukun Qəbələdəki köməkçiləri müəyyənləşdi
18 dekabr 2014 13:25
"Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçukun köməkçilərinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Sənan Qurbanovla Dmitri Kramarenko ukraynalı mütəxəssislə də çalışmağa davam edəcək.
Qriqorçukun özü ilə gətirəcəyi mütəxəssislər isə Mixail Savka və Stepan Matviyivdir. Hər iki mütəxəssis Odessa "Çernomorets"ində baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərirdi.