Fariz Nəcəfov: Qriqorçuka daha yaxşı təklif gəlməsə, o, bizimlə uzun müddət çalışacaq
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov ukraynalı mütəxəssis Roman Qriqorçukun təyinatından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz onunla yada da danışıqlar aparmışdıq. Amma o, "Çernomorets"də qalmağa üstünlük vermişdi. Bu, bizim yeni baş məşqçimizin insani keyfiyyətlərindən xəbər verir. Bu dəfə isə Odessa klubu ilə bütün məsələləri yoluna qoyub, bizimlə müqavilə bağlamağa qərar verdi. Qəbələdəki şərait onun çox xoşuna gəldi. Qriqorçuka daha yaxşı təklif gəlməsə, o, uzun müddət Qəbələdə çalışacaq. Onun komanda barədə dərhal informasiya toplamağa başlaması xoşumuza gəldi. İlin sonunadək komandadakı hər işi kənardan izləyəcək. Qarşıdakı oyunlarda futbolçuları meydana yenə Sənan Qurbanov çıxaracaq. Qriqorçuk isə işinə yanvarın ilk günündən etibarən başlayacaq. Yeni baş məşqçinin təqdimatı isə böyük ehtimalla bazar gününə təsadüf edəcək".