Qurban Qurbanov: Xəzər Lənkəranla oyunun vacibliyini hamı başa düşür
18 dekabr 2014 12:05
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün milli çempionatda keçiriləcək "Xəzər Lənkəran"la oyun haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Lənkərandakı matç 2014-cü ildə son səfər oyunumuzdur. Qəbələdəki oyunu unutmaq lazımdır. Hazırda "Xəzər Lənkəran"la oyunun vacibliyini hamı başa düşür. Yaxşı oynayıb lazımi nəticəni qazanmaq gərəkdir. Zədəlilərin olmasına baxmayaraq, Lənkərandakı oyuna hazırıq. Bilirik ki, oyun asan olmayacaq. Rəqib son oyunlarda yaxşı təsir bağışlayır. Bütün komanda məsuliyyəti başa düşür. Fasiləyə 2 oyun qalib. Bu oyunlarda yaxşı çıxış etmək istəyirik".