Prosineçkinin millimizlə ilk oyunu Qazaxıstana qarşı ola bilər
18 dekabr 2014 11:35
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ötən gün azerisport.az saytına müsahibəsində bildirmişdi ki, onun yığmamızla ilk oyunu 2015-ci ilin fevralında Türkiyə təşkil olunacaq təlim-məşq toplanışı zamanı baş tuta bilər. Artıq AFFA bu yoxlama oyunu üçün bir ölkə ilə danışıqlar aparır.
Bu, Qazaxıstandır. Sözügedən ölkə yığmasının baş məşqçisi Yuri Krasnojan açıqlamasında bunları söyləyib: "Bizimlə oynamaq arzusunu bildirən namizədlər arasında Moldova, Estoniya, Bolqarıstan, Ermənistan və Azərbaycan da var. Lüksemburqa fevralda oynamaq təklif olunsa da, imtina etdilər".