Arif Əsədov: Hədəfimiz İnterə qalib gəlib, yanvarın 5-dək istirahət etməkdi
17 dekabr 2014 19:25
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"la oyundan sonra istirahət etməyə vaxtımız olmadı. Dərhal bu oyunun hazırlığına başladıq. Təəssüf ki, sarı vərəqə limitini ötdüyünə görə, Məqsəd İsayev, zədəli olduğuna görə Emin Mehdiyev "İnter"ə qarşı oynamayacaq. Yeri gəlmişkən, Eminin zədəsi gözlədiyimizdən də ciddi alındı. Artıq hər oyundan ciddi itki ilə ayrılmağa alışmışıq. Julius Vobayın sıraya dönməsi sevindirir. Komandanın qarşısına qələbə qazanmaq vəzifəsi qoyulub. Bu oyundan sonra komanda buraxılacaq və yanvarın 5-dək istirahət edəcəklər".