İlham Əliyev Qarabağa bir milyon manat mükafat ayırdı
17 dekabr 2014 17:55
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında” Sərəncam imzalayıb. Azerisport.az xəbər verir ki, sərəncama əsasən, Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan bir milyon manat ayrılıb. (Azərtac)