Prosineçki İnter - Neftçi matçını izləyəcək
17 dekabr 2014 17:20
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində daha bir oyunu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis dekabrın 18-də “İnter Arena”da keçiriləcək, saat 17:00-da start götürəcək "İnter" - "Neftçi" oyununa tribunadan baxacaq.