Arif Əsədov: Qarabağla istənilən vaxt, istənilən yerdə oynamağa hazırıq
17 dekabr 2014 16:40
"Neftçi"nin baş məşqçisi Arif Əsədov "Qarabağ"a qarşı Azərbaycan Superkuboku uğrunda keçiriləcək oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ bu görüşün nə vaxt və harada keçiriləcəyi bəlli deyil. Qarşılaşmanın nə vaxt keçirilməsinin bizim üçün fərqi yoxdur. "Qarabağ"la istənilən vaxt, istənilən yerdə oynamağa hazırıq. Lazım gələrsə, Türkiyədə də oynayarıq".