Rəşad Sadıqov: Prezidentlə görüş bizim üçün fəxrdir və məsuliyyətimizi daha da artırır
17 dekabr 2014 15:24
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov bu gün Azərbaycan prezidenti İlham Əliyevlə keçirilmiş görüşdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, mənim ölkə prezidenti ilə üçüncü görüşüm idi. İlham Əliyevin bizi salamlaması, "İnter"lə başıbəlalı oyunumuzda bizi qalib hesab etməsi çox xoş idi. Etiraf edim ki, hələ də həmin şoku xatırlayıram. Unutmaq istəyirəm. Amma ən kiçik bir şey yenidən İtaliya klubu ilə oyunda baş verənləri yadıma salır. Ölkə başçısı ilə görüş bizim üçün fəxrdir. Bu, qarşıdakı oyunlarda bizim məsuliyyətimizi daha da artıracaq".