Qara Qarayev: İlham Əliyevlə görüş İnterlə oyundan sonra bizim üçün bir təsəlli oldu
17 dekabr 2014 14:05
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev bu gün Azərbaycan prezidenti İlham Əliyevlə keçirilmiş görüşdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Həyatımda ilk dəfə ölkə prezidenti ilə görüşürdüm. Bu, mənim həyatımda xüsusi bir gündür. Dövlət başçısının sənin uğurlarından danışması çox xoşdur. Deməli, nəyəsə nail ola bilmişik. Bu görüş Milan "İnter"i ilə oyunda baş verənlərdən sonra bizim üçün bir təsəlli oldu. Biz də öz növbəmizdə İlham Əliyevə futbolçuların imzası olan 10 nömrəli formamızı hədiyyə etdik".