Toğrul Erat üçün 82 dəqiqə
17 dekabr 2014 00:55
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Braunşveyq"lə qarşlaşıb. Görüş Toğrulun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Fortuna" hazırda 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.