Nazarov oynamadı, komandası uduzdu
17 dekabr 2014 00:35
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Berlin "Union"u ilə qarşılaşıb. Görüş Nazarovun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Nazarov matçı sonadək kənardan izləyib.
Qeyd edək ki, hazırda “Karlsrue” 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.