Qriqorçuk Çernomoretslə yollarını ayırdı, Qəbələ ilə müqavilə bağlayır
17 dekabr 2014 00:25
"Qəbələ"nin baş məşqçisi təyin olunması gözlənilən ukraynalı mütəxəssis Roman Qriqorçuk Odessa "Çernomorets"i ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Qeyd edək ki, Qriqorçuk bu komandada 4 il idi çalışırdı. Amma "Qəbələ"dən aldığı təklif onun Ukrayna klubu ilə müqaviləsinə xitam verməsinə səbəb olub.
Qeyd edək ki, ukraynalı mütəxəssisin yaxın günlərdə "Qəbələ" ilə müqavilə bağlaması gözlənilir.