Çernomoretsin sabiq baş məşqçisi Qəbələdə
14 dekabr 2014 16:15
Hazırda Qəbələdə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində bu şəhərin eyniadlı komandası "Qarabağ"la qarşılaşır. Azerisport.az xəbər verir ki, bu oyunu izləyənlər arasında ukraynalı mütəxəssis Roman Qriqorçuk da var.
49 yaşlı mütəxəssis "Çernomorets"dən ayrıldığı üçün hazırda azad agentdir. İstisna deyil ki, Dorinel Muntyanunun istefasından sonra "Qəbələ"ni məhz Qriqorçuk çalışdırsın.
Ukrayna mətbuatının yazdığına görə, Qriqorçuka "Metallist"dən də təklif var.
Qeyd edək ki, Qriqorçuk karyerası ərzində Latviyanın "Dinaburq" və "Ventspils", eləcə də Ukraynanın "Metallurq" (Zaporojye) və "Çernomorets" klublarını da çalışdırıb.