Qarabağ UEFA-ya rəsmi olaraq şikayət etdi
Avropa Liqasının qrup mərhələsinin son oyun günündə baş tutmuş "Qarabağ" - "İnter" (İtaliya) matçının 90+4-cü dəqiqəsində baş verən olay bütün futbol ictimayyətini şoka saldı. Azerisport.az xəbər verir ki, oyunu idarə edən çexiyalı hakimlər briqadası Riçard Almeydanın vurduğu qolu hesaba almayınca oyun 0:0 hesabıyla başa çatdı.
Nəticədə qrupda 6 xal toplayan komandamız 3-cü sırada qərarlaşaraq yarışla vidalaşdı. Baş vermiş olaydakı haqsızlıq ictimayyətdə böyük təzyiq yaradıb. Ağdam klubunun son dəqiqədə 1/18 finaldan kənarda qalması hər kəsin üzüntüsünə səbəb olub.
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu məsələ biganə qalmayaraq əllərində olan bütün sübutlarla birgə UEFA-ya şikayət məktubu yazılmasını tələb edib. Tələbə uyğun olaraq məktub yazılıb və UEFA-ya göndərilib. Bununla da yetinməyən "Qarabağ"ın başqanı Tahir Gözəl İsveçrəyə getməyə hazırlaşır.
O, UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə "Qarabağ"ın hüquqularını qorumaq üçün görüşlər keçirəcək. Artıq Avropa Liqasının təşkilat komitəsinin direktoru Georgi Marketti ilə görüş günü də təyin edilib.