Hafiz Məmmədovun klubu çıxışını erkən başa vura bilər
29 noyabr 2014 11:33
Fransanın "Lans" klubu mövsümü erkən başa vura bilər. Azerisport.az xəbər verir ki, azərbaycanlı biznesmen Hafiz Məmmədovun sahibkarlıq etdiyi klubun rəhbərliyi çətin vəziyyətdədi.
Fransızlar hazırda Azərbaycandan maliyyə dəstəyi gözləyirlər. Bu dəstək vaxtında alınmasa, klubun iflası barədə ictimaiyyətə xəbər verilməsi gözlənilir.