Ulrix Kapolonqo: Qarabağın düşərgəsində olmaq, komandaya kömək etmək istərdim
29 noyabr 2014 00:25
"Qarabağ"ın sabiq hücumçusu Ulrix Kapolonqo keçmiş komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın uduzmayacağına inanırdım. Çünki bu komandanın çox yaxşı kollektivi var. Təəssüf ki, bu oyuna canlı baxa bilmədim. Amma sonradan icmala baxdım. Əlbəttə, indi bu komandanın sıralarında olmaq, kömək etmək istərdim. Vüqar Nadirov əla qol vurdu. Fikrimcə, ağdamlıların qrupdan çıxmaq üçün əla şansı var. Son turda "Qarabağ"ı Milan "İnter"i ilə duel gözləyir. Rəqib kifayət qədər güclü olsa da, "atlılar" lazım olan nəticəni qazana bilərlər".