Mehdiyev yenə Girəsunspora lazım olmadı
29 noyabr 2014 00:20
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin çıxış etdiyi "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Antalyaspor"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Ayaz bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Girəsunspor" hazırda 10 xalla 14-cü yerdə gedir.