Van Volfsvinkel: Şəxsən mən Qarabağa ikinci və üçüncü qolu vurmalıydım
28 noyabr 2014 15:10
Fransanın "Sent-Etyen" klubunun hücumçusu Riki van Volfsvinkel Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:
"Biz bu oyunda daha çox qol vurmağa və qələbə qazanmağa borclu idik. Şəxsən mən ikinci və üçüncü qolları vurmalıydım. Bəxtimiz gətirmədi. İlk qolu buraxmamalıydıq. Pley-offa çıxmamağımız çox üzücü oldu. Çünki biz "Dnepr"ə qarşı da yaxşı oynamışdıq və qələbə qazanmalıydıq. İstənilən halda Ukraynaya qələbə üçün gedəcəyik".