Elxan Məmmədov: Qarabağın Sent-Etyenlə heç-heçəsi çox yaxşı nəticədi
28 noyabr 2014 14:30
AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə səfər oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları söyləyib:
"Bu, çox yaxşı nəticədi. Çətin səfər oyunundakı heç-heçə Azərbaycan futbol azarkeşlərini sevindirməyə bilməz. "Qarabağ" çox yaxşı oynadı və ən əsası 1/16 finala çıxmaq şansını saxlayır. Bu uğura nail olmaq üçün Qurban Qurbanovun komandası son oyunda öz meydanında Milan "İnter"inə qalib gəlməlidi. Çətin vəzifədi, amma əlçatandı. "Qarabağ"a uğurlar arzulayıram. Ümid edirəm ki, son oyunda da azərbaycanlı futbolsevərləri sevindirə biləcəklər".