Elxan Məmmədov Klublar Komitəsinin yaradılması ideyasından danışdı
28 noyabr 2014 13:45
AFFA-nın baş katibi Elxan Məmmədov Klublar Komitəsinin yaradılması ideyasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəzi məsələlər var ki, Peşəkar Futbol Liqasının tabeliyində deyil. PFL sadəcə, çempionatı keçirməyə cavabdeh olan təşkilatçıdı. Klublar arasındakı əməkdaşlığa isə yeni yaradılacaq komitə baxacaq. Bu komitəyə klub funksionerləri cəlb olunacaq ki, onlar ən mühüm məsələlər barədə qərarlar qəbul edəcəklər. Bu üzdən də hesab edirəm ki, bu komitə PFL ilə birgə futbolumuzun inkişafı yolunda böyük önəm daşıyacaq".